Galaxy J7 Və Galaxy J5 İlə Tanış Olun

Galaxy J7 Və Galaxy J5 İlə Tanış Olun

Bu ilin sürətli ağıllı telefon istehsalçılarından olan Samsung ilin əvvəllərində təqdim etdiyi Galaxy S6 modelləriylə müvəffəqiyyətli satışlara imza atdı. İndi isə Samsung yeni ağıllı telefonlarını bazara təqdim etməyə hazırlaşır. Galaxy J7 və J5 olaraq adlandırılan bu telefonlar bu gün Çin Telekommunikasiya Avadanlıq Sənədləri Mərkəzində ya da bilinən adıyla TENAA’da gün üzünə çıxdı.

Plastik gövdə ilə gələcək bu telefonlardan Galaxy J7 5.5-düymlük 720p TFT ekrana və 152.4 x 79.2 x 7.9 mm ölçülərə sahib olacaq. Galaxy J5 ise 5-düym 720p TFT ekran və 142 x 73 x 8.5 mm ölçülərlə gəlir.

Bununla birlikdə qurğular Android 5.0.2 Lollipop, LTE, 5 MP ön kamera, 8 MP arxa kamera, 1.5 GB RAM və 16 GB daxili yaddaş sahəsi kimi xüsusiyyətlərə malikdirlər. Bu xüsusiyyətlər iki cihazda da ortaqdır. Həmçinin iki cihazda da səkkiz nüvəli prosessor olduğu halda J7’də bu prosessorun 1.4 GHz saat sürətinə, J5’də isə 1.2 GHz saat sürətinə sahib olacağı bildirilir.

Önümüzdəki həftələrdə təqdimatı gözlənilən cihazlar ilk olaraq Çində sonra isə digər bazarlarda satışa çıxması gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
666 652 640 589 650 594

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.