Robot ofisiantların işlədiyi iki restoran bağlanıb

Robot ofisiantların işlədiyi iki restoran bağlanıb

Restoranların bəzən qənaət və ya müasir texnologiyaların tətbiqi məqsədilə adi əməkdaşlardan imtina edərək robotlara keçid həmişə özünü doğrultmur.

Çində fəaliyyət göstərən robot ofisiantların işlədiyi iki restoran bağlanıb. Restoranın sahibi robot ofisiantların işdən ayrılmasına səbəb kimi onların müştərilərə yeməkləri verə bilməməsi və tez-tez sıradan çıxmaları ilə bağlı daxil olan çoxsaylı şikayətləri göstərib. Daha bir restoran əməkdaşı bildirib ki, robotlar yalnız məhdud sayda işlərin öhdəsindən gələ biliblər.

Qeyd edim ki, mütəxəssislər müasir robotların istehsal əməliyyatlarında insan əməyini yaxşı əvəz etdiyini lakin insanlarla ünsiyyət tələb edən sahələrdə özlərini göstərmək üçün hələ ki mükəmməl səviyyəyə çatmadıqlarını bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
734 786 716 705 715 660

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.