❤Quen❤

❤Quen❤ Hekayələr 28-05-2018, 19:06

Möcüzəli Talehim Bölüm 36

Möcüzəli Talehim Bölüm 36


Ayan evdə bütün tədadükləri görərək Anarın gəlməsini gözləyirdi. Mətbəxtə onun sevdiyi yeməkləri hazırlayır bir tərəfdən də gözünü saatdan çəkmirdi. Səlim şarları şişirdərək tavandan asır, Sevda isə səssizcə Ayanın yanında duraraq onu seyredirdi. Köməklik etmək istəsədə Ayan onu yormamaq üçün etiraz etmişdi. Böyüklər isə salonda oturub söhbət edir, gənc cütlüyün ailə səadətindən danışırdılar.Samirəninsə vəziyyəti heç ürəkaçan deyildi, bənizi solaraq ağappaq olmuşdu. "Oğlum xoş günündə məni belə görüb üzülməsim"desk də Heydər bəy onu birtəhər yola gətirə bilmişdi.Həlimə isə işlərin çox olduğunu görərək mətbəxə keçib Ayana yardım etmək istəyir. Masanın üzərinə qoyulmuş yeməkləri gördükdə isə çaşqın vəziyyətdə qalır.
Həlimə"Masanın gözəlliyinə bax, əvvəllər düzəməlli yemək bişirə bilməyən Ayan indi əməlli-başlı evdar qadın olub"
Ayan"Hamısı Anarın sevdiyi yeməklərdi onun üçün bişirmişəm anacan. Həm də nə evdar? Universiteti bitirməyimə cəmi 1 ay qalıb, imtahanları verdikdən sonra magistaturaya hazrlaşacam "
Həlimə "Zarafat edirdim dəli balam,əlbəttə oxumaq lazımdır, xeyirlisi "
Sevdanınsa gözlərindən kədər yağırdı sanki, bu Həlimənində gözündən qaçmır. Onu söhbətə tutub kefini düzəltmək istəyir"Sevda, qızım sən də magistatura istəyirsən?"
Sevda"Yox,Həlimə xala. Əvvəl istəyirdim amma indi heç nəyə həvəsim qalmayıb"
Ayan"Sevda gic-gic danışma, magistr olmaq sənində arzun idi, hara yarımçıq buraxırsan ?"
Sevda"Fikirləşərəm bu haqda..Sənə nəsə kömək lazımdı? "
Həlimə"Qızım ikicanlısan,nə köməyi? Keç əyləş, biz həll edirik onsuz"
Onun "ikicanlı "sözü Sevdanın qəlbini dəlib keçir sanki çünki hələ də qarnındakı körpəni qəbul edə bilmirdi...Səlim şişirtdiyi şarları iplə bir-birinə bağlayaraq mətbəxə keçir.
Ayan"Ay çox sağol Səlim, əziyyət çəkdin "
Səlim"Ayan nə əziyyəti? Uzaqbaşı şarı havayla doldurdumda "
Həlimə"Xoşbəxt ol oğul, görürəm yama mərifətli oğlansan. Anarında daima yanında olursan, əhsən sənin kimi dosta"
Səlim"Borcumuzdu xala, bəs dostluq, yoldaşlıq nə üçündü? Bir-birimizin əlindən tutmasaq bizə başqası yardım etməz"
Başını döndərib Sevdanı gördükdə şarlardan birini çıxarıb onu uzadır. Sevda təəccüblə bir ona bir də uzatdığı qırmızı şara baxır.
Səlim"Al şirin qız,bəlkə bu sənin kefini yerinə gətirər"
Həlimə"Allah sizi xoşbəxt etsin. Sevda, görürsən həyat yoldaşın səni xoşbəxt etmək üçün nələr edir"
Sevda"H-hə, çox sağol Səlim"şarı ondan alaraq baxışlarını yerə zilləyir. İçəridən Rüstəmin səsi eşdilir "Həlimə, zəhmət deyilsə bizə çay gətir"
Həlimə"Baş üstə"
Ayan"Dayan mən süzərəm ana"
Həlimə"Yox qızım, sabahdan bəri işləyirsən.Birazdan yoldaşın gələcək ,get hazırlan"
Ayan"Yaxşı, qızdırıcıda toyuq qoymuşam gözün onda olsun"
Önlüyünü çıxararaq iti addımlarla yuxarı çıxır. Şkafdan çıxardığı qara qısa paltarla çoxda hündür olmayan ayaqqabını geyinir. Saçlarını açıq qoyub sadə makiyaj edir. Gözləri gözəl olduğundan azca makiyaj daha məqsədəuyğun idi. Geyimini bitirdikdən sonra güzgü önündə özünə baxıb"bu qədər"deyə fısıldayır.Qapının zənginin çaldığını görüb qaçaraq aşağı düşür. Ayağındakı dikdaban üzündən az qala yıxılacaq olsada pilləkənin tərəfindən tutaraq buna mane olur.
Samirə"Qızım yavaş ol,yıxılarsan Allah eləməmiş"
Ayan"Narahat olmayın Samirə xala, biraz tələskənlik etdim sadəcə"
Son dəfə dərindən nəfəs alaraq qapını açır. Sanki Anarı illərdi görmürdü. Heyranlıqla ona baxdıqdan sonra qəfil boynuna atılır. Bəmbərk qucaqlayaraq qoxusunu içinə çəkir. Anarda ona qarşılıq verərək qollarını belinə sarır. Ayan boynuna öpüş qonduraraq ondan ayrılır .
Anar onun üzünə düşən telini qulağının dibinə verərək belindən tutub özünə çəkir ."Mənim arvadım ərini nə gözəl qarşılayır belə"
Ayan"Atangil içəridədilər,görərlər birdən burax"
Ana"Burax deyirsən amma sən gözlərimə belə baxdığın müddətcə necə buraxa bilərəm? "
Dodaqlarına yaxınlaşıb öpmək istəyirdi ki, qapıya doğru yaxınlaşan Heydərin səsiylə cəld onu buraxır.
Heydər"Ayan qızım kimdi gələn? yarım saatdı qapıdasan.Anar? Gəlmisən Oğlum? "
Anar"H-hə ata gəldim"
Heydər"Nə olub tənginəfəs görünürsən? "
Anar"Heç, çöl soyuqdu deyə"
Heydər"Keçin içəri, evdə soyuyacaq yoxsa"
Ayan qızarsada Anar ona göz vuraraq içəri keçir.
Hamıyla bir-bir görüşərək salonda yerini alır. Yarım saat sonra isə qonaqlar gəlməyə başlayır. Ayan onunla birlikdə hamını salamlayıb içəri dəvət edir. Sonda Gülşən ədalı addımlarla içəri girərək onların qarşısında dayanır. Ayan onu gördükdə cin vurmuşa dönsədə bunu bildirməməyə çalışır. İçindən "hardan çıxdı bu ifritə"desədə yalandan gülümsəyərək əlini ona uzadır.
Gülşən"Salam Ayan xanım, sizinlə tanış olmağa çox şadam"
Ayan"Mən də. Buyurun içəri keçin,qapıda qalmayın"
Gülşən ona gözsüzdürücü bir gülümsəmə ataraq içəri keçir.
Anar"Qızı bir döymədiyin qaldı"
Ayan"O ifritənin biridi, buna əmin ol"
Anar"Yaxşı, yenə qısqanclıq eləmə "
Ayan"Kim? mən qısqanclıq edirəm? Heç də belə"
Anar"Düz deyirsən sən hara qısqanclıq hara? "
Ayan"Anar!"
Anar'Axaxax. Əzizim əsəbləşmə, mənim gözüm onsuz səndən başqasını görmür ki"
Ayan onun şirin sözləri qarşısında şam kimi əriyirdi."İçəri keçək"deyərək onun əlindən tutaraq birlikdə salona keçirlər.
Gülşən Heydəri qarşısında gördükdə nifrət qığılcımları yenidən Baş qaldırır. Üstünə hücum edib onu öldürməmək üçün özünü zorla tutur.Ancaq planlarının baş tutması üçün yalandan ona yaxınlaşaraq özünü təqdim edir.
Gülşən "Nəhayət, sizidə tanıya bildim. Adınızı çox eşitmişəm medyada "
Heydər"Elədi qızım, bizim ailə tanınmış nəsildi.Firmalarımızda bu səbəbdən məşhurdu "
Gülşən "Əgər vaxtınız varsa bir layihəmiz var, ona imza ata bilərsiniz? Anar bəy imza atıb amma şirkətin böyüyü kimi sizində imzanıza ehtiyacımız var "
Heydər"Olar qızım, nə vaxt istəsən gəlim qol çəkim. Adın nə oldu? "
Gülşən"Adım Leyla..Yox əziyyət çəkməyin, yanımda gətirmişəm "
Heydər"Maşallah; çox məsuliyyətlisən. Anar hər zaman iş ortağı seçməkdə düzgün qərar verir "
Heç tərəddüdsüz göstərilən yerə imza atır, sonlarını öz əliylə gətirdiyini bilmədən..
Hər kəs Ayanın hazırladığı dadlı təamlardan yeyərək ona tərif yağdırırdı.
Şəfəq"Ayan xanımı heç belə təsəvvür etmirdim, bizim şirkətə gələn gün az qala məni öldürəcəkdi "
Həlimə"Niyə? Ayan qızım nə olmuşdu onda? Mən qızımı tanıyıram, nəyəsə hirsləndisə gözü başqa bir şey gömür"
Ayan həmin gün ofisi bir-birinə qatdığını xatırlayıb utancından qızarır. "Şey.."
Anar"Mən əsəbləşdirmişdim onu,haqqı var idi onda"
Ayanın əlini sıxaraq onu sakitləşdirir..
Yarım saat sonra.
Artıq sıra tortun kəsilməyinə gəlmişdi.Ayan mətbəxə keçib onun üçün aldığı şokoladlı torta nəzər yetirir. Üstündə"Doğum günün mübarək birdənəm..Hər zaman bizimlə birlikdə olasan"yazılmışdı.Tortu içəri gətirib masanın üzərinə yerləşdirsədə gözü Anarı axtarırdı.Gülşənlə kənarda söhbət etdiyini gördükdə cəld meyvə şirələrindən birini əlinə alıb onlara tərəf yaxınlaşır. Yalandan ayağını büdrəmiş kimi edərək şirəni Gülşənin üstünə danışırır.
Gülşən "Lənət olsun, paltarım batdı"
Ayan"Ay çox üzr istəyirəm, görmədim. Anar gəl, tort kəsirik"
Əlindən tutaraq onu masaya tərəf aparır.
Anar"Ayan neyləyirsən?Qıza niyə elə davrandın? "
Ayan"Neylədim ki,ayağım sürüşdüdə"
Anar"Sən bu dediyunə ancaq körpə uşaqları inandıra bilərsən"
Gülşən hirslə paltarını silib onların arxasınca gedir.
Hərkəs başlarına toplaşıb Anar üçün"Happy Brithday "oxuyurdu. Anar şamları üfləyərək tortu Ayanla birlikdə kəsir. Dilimi ilk öncə Ayana verərək alnından öpür. Hər kəs əl çalaraq onları alqışlayırdı. Ayan "Hər zaman mənimlə, bizimlə birlikdə olasan sevgilim, hər şeyiim. Yaxşı ki,varsan "Aldığı qızıl saatı qabından çıxararaq Anarın qoluna taxır. Hər kəs bir-bir hədiyyəsini verərək ürək sözlərini deyir. Samirə ayağa güclə qalxaraq Anara yaxınlaşıb onu bağrına basır. Atasından qalma üzüyü barmağına salaraq onu doyunca öpür."Oğlum səninlə fəxr edirəm.Ömrümün sonuna az qalsada gözüm arxada deyil çünki səni əminliklə əmanət edə biləcəyim ömür-gün yoldaşın var"
Anar"Ana yalvarıram belə danışma"
Samirə"Yaxşı, yenə dolmasın o qara gözlərin.."
Ayan"Samirə xala heç kim heç hara getməyəcək..Biz indi Səlimlə birlikdə hazırladığımız videonu seyredəcəyik"
Səlim"Buda bizdən Sənə jest olsun kapitan.Böyük oğlan ol"
Anar"Ay səni.Mənim yaxşı və pis günümün dostu"
Gülşən "Üzr istəyirəm, bizdə işçiləriniz adından sizə bir video hazırlamışıq.Olar ilk öncə onu seyredək? "
Anar"Əlbəttə olar"
Gülşən sevincək diski qoşaraq izlətməyə başlayır. Anarın uşaqlıq şəkillərindən sonra, universitet illəri, Gülşənlə olan şəkilləri gəlir kadra. Anar Gülşənin şəkillərini görən kimi bir anlıq keçmişə qayıdır, üzü ağappaq olur.Ayan bunu hissetmişcəsinə videonu yarıda saxladır."Buna baxdıq sayılar, indidə bizimkinə baxaq"
Gülşən pərt vəziyyətdə Anara aldığı gündəlik kitabçanı təqdim edərək işi olduğunu bildirib ordan uzaqlaşır. Səlimin hazırladığı videoda Ailəsi və Ayanla olan şəkillər var idi. Çarx bitdikdən sonra hamı əl çalır...
1 saat sonra..
Artıq hər kəs evinə getmişdi. Sevda hamilə olduğundan yuxu onu tutmuşdu, Səlim onu qucağìna alaraq maşına mindirib evlərinə yola düşmüşdü. Artıq evdə sadəcə Anar və Ayan var idi..Saat gec olduğundan Ayan işləri sabaha saxlayıb Anarın yanında əyləşib başını köksünə dayayır.
Ayan"Sənə aldığım hədiyyəni bəyəndin? "
Anar"Sən onsuz mənə hədiyyəsən..Amma çox bəyəndim"
Ayan "Sürpriz hələ bitməyib"
Anar"Nə? "
Ayan"Mənimlə gəl"
Anar çaşqınla onun arxasìndan gedərək ikisi üçün nəzərdə tutulmuş otağa girir. Hər tərəf qızılgüllərlə örtülmüşdü.Anar hər tərəfi ağzıaçıq şəkildə seyredirdi.
Anar"B-bu"
Ayan"Ağzını ört, milçək girər birdən"
Anar"Zarafatcıl keçi"
Ayan ona daha da yaxınlaşaraq barmaq uclarında qalxıb dodaqlarına kiçik öpüş qonduur "Səncə də vaxtı gəlib çatmadı Anar? Yeni yaşında Sənə təkcə saat Yox, ömrümü; varlığımı bağışlayıram"
Anar"Ay-Ayan"
Ayan"Heç nə demə..Bu səfər mən də istəyirəm"
Anar bir sözə bənd imiş kimi dodaqlarına yapışıb onu özünə sıxır. Saçlarını oxşayaraq arxadan paltarın ipini açır.Ayan boş durmadan onun köynəyinin düymələrini açaraq azad edir.Paltarı əynindən sürüşüb düşdükdə utansada Anar çənəsindən tutaraq başını yuxarı qaldırır.Boynuna öpüşlər qonduraraq onu yavaşca yatağa uzadır, sinəsinə və qarnına öpüşlər qonduraraq qadınının ağlını başından alır. Son paltarlarında da qurtularaq onu qarşısında çılpaq buraxır. Altında utancından qıvrılan qadınını sanki göyün yeddinci qatına qaldırır.Biraz sonra son işinidə tamam edib özünü qarşıya itir.Ayanın ağzından çıxan kiçik bir qışqırıqla yanaqlarından öpərək"qadınım"deyə fısıldayır..
Ertəsi gün Anar lap tezdən oyanıb Ayanın yatışını izləyirdi.O qədər məsum idi ki,mələklər kimi..Ayan oyanıb qarşısında onu gördükdə dünən gecə ağlına gələrək utanır.Başını yorğanın altına salaraq gizlənmək istəyir. Anar qəhqəhə çəkərək onu yola gətirməyə çalışır"Ayan, həyatım çıx ordan"
Ayan"Yox, otaqdan çıx sonra"
Anar"Məndən utanırsan? Dünən gecə gördüm görəcəyimi onsuz"
Ayan"Abırsız"
Başını qaldıraraq yastığı Anara tərəf atır.
Anar"İstəyirsənsə dərsə getmə bu gün, yorğunsan"
Ayan"Hə,evdə qalmaq istəyirəm. Hətta sən də qal"
Anar"Məndən doymamısan deyəsən"
Ayan"Ölüz! "
Anar"Zarafat edirəm də balacam. İşə getməliyəm layihəmlə bağlì"
Ayan"Yaxşı amma tez gəl"
Anar"Yaxşı birdənəm"
Dodağından öpərək evdən ayrılıb işə gedir.Ofisə çatıb kabietinə daxil olmaq istəyirdi ki,telefonuna gələn zənglə irkilir. Atasından zəng gəldiyini görərək təəccüblənir.
Anar"Ata?"
Heydər"Anar oğ-lum"
Anar"Ata sən ağlayırsan? Nə olub? "
Heydər"An-ar, Samirə, ananı itirdik"
Eşitdiyi sözlə Anarın dünyası başına yıxılır sanki.Telefon əlindən sürüşərək yerə düşür..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
894 989 957 887 911 929

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.