_Uğurböceyi_

_Uğurböceyi_ Hekayələr 31-05-2018, 23:42

Ayrılıq gülü_Sarı Gülün hekayəsi

Ayrılıq gülü_Sarı Gülün hekayəsi
Ayrılıq gülü_Sarı Gülün hekayəsi
Bağçada, güllərin arasında bir sarı gül vardı.Vaxtilə onun da rəngi qırmızı imiş,onun da bülbülü varmış.
Qəlbində canından çox sevdiyi bülbülün sevgisini yaşadırdı.O, bülbülün sevgisinə inanıb ona könül bağlamışdı.
İllər keçir və ona sevgisi daha da çoxalırdı.

Hər yaz güllər açılır, təravətlənirdi.Güllər içində həmin qızılgül hər yaz həsrətlə öz bülbülünü gözləyirdi.
Başqa bülbüllərin ona toxunmağına,ona nəğmələr oxumağına imkan veməyib, öz bülbülünü axtarırdı.

Bir bahar çağı güllər yenidən açıb bağçanı bəzədilər.Bağça al -əlvan rəngə boyandı,güllərin qoxusu hər tərəfə yayıldı.
Bülbüllər yenidən öz güllərinə qovuşur,onlara nəğmələr oxuyurdu.
Tək qızılgül güllərin arasından qəmgin boylanır,öz yarının yolunu gözləyirdi.
Birdən bağçada ona sarı uçan bülbülünü gördü. Qızılgül sevincindən daha da, təravətləndi.
Güllərin arasından həyəcanlı,titrək ləçəkləri ilə yanına tərəf boylandı.
Lakin bülbül bir zaman sevdiyi,yalnız ona nəğmələr söylədiyi sarı gülünü sanki görmürmüş kimi,
saymazyana yanından ötüb, başqa güllərə tərəf uçdu.İndi o yeni bir gülə nəğmə oxuyurdu.

Qızılgül hər gün kənardan bülbülünə qəmli - qəmli baxıb, üzülürdü.
Təzə-təzə güllərin pərvazlandığı bu gözəl bahar çağı qızılgüllər içində vaxtsız saraldı,vaxtsız qocaldı.
O gündən Ayrılıq gülü dedilər, Sarı Gülə...



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1301 1141 1093 1020 1139 1002

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.