“iPhone 6” partladı, təyyarə yandı
“iPhone 6” smartfonunun partlaması nəticəsində təyyarədə yanğın baş verib.
Hadisə Alaska Airlines təyyarəsində baş verib. Təyyarə Vaşinqtondan Qonolula uçmağa başlayıb. Bu zaman Anna Kreyl adlı tələbə qızın “iPhone 6” smartfonu partlayıb və yanğın baş verib.
Məlumata görə, gənc qız telefonda filmə baxırmış. Qəflətən smartfon qızmağa başlayıb və partlayıb. Anna telefonu əlindən atıb və iPhone kreslonun üzərinə düşüb. Yanğın get-gedə böyüməyə başlayıb. Təyyarədəki sərnişinlər narahat olub və qışqıraraq yerlərini tərk etməyə başlayıblar.
Anna hadisəni belə xatırlayır: “Mən telefonda film izləyirdim. Bu zaman smartfonum yanmağa başladı. Onu əlimdən tulladım. Alov təxminən 20 santimetr hündürlüyə qalxmışdı. Sonra isə yanğın söndürüldü”.
Hadisə baş verən zaman təyyarə Sakit Okean üzərində hərəkət edib, içərisində isə 163 sərnişin olub. Qonolula çatmaq üçün isə hələ yarım saat vaxt lazım olub.
Məlumata görə, “iPhone 6” smartfonunun partlamasına səbəb onun batareyasının həddindən artıq qızması olub. Hadisə zamanı xəsarət alan olmayıb.