Nani_Fit

Nani_Fit Xəbərlər 25-06-2018, 23:00

Alimlər yadplanetlilərə ismarıc göndərdi

Alimlər yadplanetlilərə ismarıc göndərdi


“Sonar Music Festival” təşkilatı Kataloniya kosmik tədqiqatlar institutunun və “METI International” təşkilatının əməkdaşlığı ilə kainatda olan yadplanetli şüurla ünsiyyət qurmaq məqsədilə kosmosa 35 on saniyə müddətli musiqi parçası göndərib.

Xəbər verilir ki, bu haqda “Inverse” nəşri məlumat yayıb.

Müştərək tədqiqat qrupu qısa mahnı parçalarının “qırmızı cırtdan” adlandırılan GJ 237 kosmik obyektinə və onun həndəvərində olan ərazilərə çatacağına və universal musiqi dilinə çevriləcəyinə ümid edir.

Uzun kosmik yolçuluq nəticəsində zədələnməməsi məqsədi treklər binar şifrə şəklinə gətirilib və yadplanetli varlıqlar onu qəbul edəcəyi təqdirdə deşifrə etməli olacaqlar.

GJ 237 planetlərindən biri yaşayışın olması üçün öz “günəşindən” əlverişli məsafədə və mövqedə yerləşir. Ancaq həmin kosmik həndəvərdə şüurlu varlıqlar yaşasa belə, mahnılar planetə ən tezi 2030-cu ildə çatacaq.

Cavab ismarıcı göndəriləcəyi təqdirdə isə, Yerə 2042-ci ilə kimi çatacaq. Yadplanetli şüuru bəşəriyyətin bir sıra əlamətdar nailiyyətləri ilə tanış etmək üçün göndərilən informasiyaya eyni zamanda riyaziyyat və elmlə bağlı bir sıra məlumatlar daxil edilib.


Dərc etdi:Uğurböceyi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
500 573 404 495 443 517

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.