Nani_Fit

Nani_Fit Məsləhətlər 27-06-2018, 12:30

Dondurma alarkən bunlara diqqət edin - XƏBƏRDARLIQ

Dondurma alarkən bunlara diqqət edin - XƏBƏRDARLIQ


Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara xəbərdarlıq edib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev açıqlamada bildirib ki, dondurma alarkən diqqətli olmaq lazımdır:

“Dondurmaların satıldığı yerlərdə sanitar qaydalara nə dərəcədə əməl edilməsinə diqqət yetirmək də əhəmiyyətlidir. Hermetik qablaşdırılmamış dondurma satan şəxsin gigiyena qaydalarına riayət etməsinə, iş sahəsində təmiz iş geyimi, bone və əlcəkdən istifadə etməsinə diqqət verilməlidir.

Məhsulun istehsal və son istifadə tarixinə fikir verilməlidir. Əhali rəngli dondurmalara xüsusi diqqət yetirilməlidir. Məsələn, sarı rəngdə olan dondurma limonlu dondurma sayılır. Ancaq istehlakçı bilməlidir ki, əgər dondurmanın rəngi tünd sarıdırsa, orada rəngləndiricidən istifadə olunub.

Çünki limon əlavə edilmiş dondurma ağ rəngdən sarıya nadir hallarda çevrilə bilər, tünd sarı ola bilməz. Dondurmalara vurulan bu sintetik rəngləndiricilər allergik xəstəliklərə yol açma potensialına malikdir”.

Mansur Piriyev qeyd edib ki, dondurma marketlərdə tələb olunan qaydalarda saxlanmalıdır:

“Dondurmanın qabı əzilmişsə, deməli, əriyib və sonra təkrar dondurulub. Yenidən dondurulma isə məhsulun dadına mənfi təsir göstərir və zəhərlənmə təhlükəsini artırır. Dondurma etiketdə qeyd edilmiş temperaturda saxlanılmalıdır.

Dondurmaların üzərinə birbaşa günəş şüaları düşməməlidir. Dondurmanın saxlanıldığı soyuducunun üzəri qoruyucu örtüklə örtülməlidir. Dondurma açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalıdır.

Dondurmalar digər qida məhsulları (toyuq, balıq məhsulları və s.) ilə eyni soyuducuda saxlanmamalıdır”.

Dərc etdi:Uğurböceyi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
603 638 581 682 584 600

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.