_Yene_Tenha_

_Yene_Tenha_ Sağlamlıq 2-07-2018, 23:22

Ürəyi istinin təsirindən qoruyan faydalı içki

Ürəyi istinin təsirindən qoruyan faydalı içki
Ürəyi istinin təsirindən qoruyan faydalı içki


Çox isti hava ürəyin, sinir sisteminin, böyrəklərin fəaliyyətinə olduqca mənfi təsir edir.

İsti hava ürək tutmaları, infarkt və insultun, böyrəklərdə daşların əmələ gəlməsinin, sinir sistemi xəstəliklərinin kəskinləşməsinin riskini artırır.

Mütəxəssislər istinin insan orqanizminə olan mənfi təsirini azaltmaq üçün müxtəlif vasitələr tövsiyə edir. Belə ki, rusiyalı həkim-diyetoloq Viktoriya Savitskayanın fikrinə görə, isti havanın orqanizmə olan mənfi təsirini ən yaxşı azaldan vasitə çökə güllərinin dəmləməsidir.

Həkim qeyd edir ki, bu dəmləmə beyinin və ürəyin fəaliyyətinə müsbət təsir edir, ürəyin ritmini və arterial təzyiqi tənzimləyir, sakitləşdirir, yuxunu yaxşılaşdırır.

Diyetoloq dəmləməni hər gün adi çay kimi dəmləməyi (1 x.q. quru ot + 1 stəkan isti su) və soyuq halda içməyi tövsiyə edir. Dəmləməni su ilə durulaşdırıb uşaqlara da vermək olar.




Sayta dərc etdi: Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
506 548 514 478 522 469

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.