Nani_Fit

Nani_Fit Xəbərlər 3-07-2018, 10:32

Bakıda ağac qətliamı

Bakıda ağac qətliamı


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xəzər rayonu, Ramana 2 qəsəbəsində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, şikayət Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sözügedən əraziyə keçirilən baxış zamanı ərazidəki yaşıllıq zolağının hasara alındığı və 100-ə yaxın Eldar şamı ağacının kəsildiyi aşkar edilib.

Qanun pozucuları barədə qanuna müvafiq tədbirlərin görülməsi, ərazidə olan yaşıllıqların qorunması və hasarın sökülməsi üçün Sabunçu və Xəzər Rayon İcra Hakimiyyətlərinə və Bakı Şəhər Baş Polis İdarəsinə telefonoqramlar göndərilib.




Sayta dərc etdi: Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
407 385 422 391 407 406

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.