Nani_Fit

Nani_Fit Xəbərlər 7-07-2018, 11:31

Yaponiyada leysan: Ölənlər və itkin düşənlər var

Yaponiyada leysan: Ölənlər və itkin düşənlər var


Yaponiyada davam edən leysan yağışları nəticəsində azı 38 nəfər itkin düşüb. Bu barədə NHK telekanalı məlumat yayıb.

Xəbər verilir ki, leysan yağışları, daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin 15-ə çatıb.

Ölkənin müxtəlif prefekturalarında ümumilikdə 0,5 milyon insana təxliyyə olunmaq tövsiyə edilib.

Onların yarısından çoxu Kioto prefekturasının sakinləridir. Orada çayların suyunun səviyyəsi böhran həddinə yüksəlib.

Yaponiya hökuməti yanında təbii fəlakətin fəsadlarının aradan qaldırılması işlərini əlaqələndirən və informasiya toplayan qərargah yaradılıb. Bundan başqa, ölkənin bəzi yerlərində bu işlərə Özünümüdafiə Qüvvələrinin döyüşçüləri cəlb edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
476 476 440 458 500 469

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.