_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 8-07-2018, 13:10

Barmaq izi sağlamlıqdan xəbər verəcək

Barmaq izi sağlamlıqdan xəbər verəcək
Barmaq izi sağlamlıqdan xəbər verəcək


Cənubi Koreyanın Milli Elm və Texnologiyalar İnstitutunun alimləri smartfon sahibinin ölümünü müəyyənləşdirən barmaq skaneri hazırlayıblar.

Məlumata görə, mütəxəssislər tərəfindən barmaq izi skanerinin funksiyaları təkmilləşdirilib. Təkmilləşdirilmiş texnologiya təkcə qurğu sahibini deyil, eyni zamanda onun vəziyyətini müəyyənləşdirə bilir.

Bildirilir ki, skaner qurğu istifadəçisinin bədəninin temperaturunu təyin edir: bədənin temperaturu Selsi üzrə 30-45 dərəcə arasında dəyişən zaman qurğu blokdan çıxarılır. Bununla yanaşı, temperatur göstəricisi müəyyən edilmiş çərçivəyə sığmadığı halda qurğu blokdan çıxarılmamış vəziyyətdə qalır, çünki insan bədəni başqa temperatura dözə bilmir.


Mütəxəssislərin sözlərinə görə, yeni texnologiyanın yaradılmasının məqsədi smartfonla barmaq mulyajının deyil, onun sahibinin istifadə etməsini müəyyənləşdirməkdən ibarətdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
545 528 531 518 483 483

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.