♔Princess♔

♔Princess♔ Məsləhətlər 27-05-2016, 12:00

Qozlu və narlı lobya (FOTO)

Qozlu və narlı lobya (FOTO)


Çox vaxt nahara kimi yaxud da şam yeməyinə qədər acırıq. Yenidən yemək yeməyə gərək yoxdur. Yüngül məzələrlə aclığınızı yatıra bilərsiniz. Əsil payız məhsullarından hazırlanmış bir yemək bu işdə sizə yardımçı ola bilər.

Sizə nar, lobya və qozdan hazırlanan qəlyanaltının reseptini təqdim edilir.

Lazım olan ərzaqlar:

500 qram böyük lobya
1 ədəd bibər
3 xörək qaşığı nar dənəsi
1 stəkan qoz ləpəsi
1 xörək qaşığı duru yağ
2 diş sarımsağ
1 çimdik darçın
1 çimdik zəfəran
1 çimdik mixək
Şüyüd
1 ədəd orta ölçülü soğan
Yarım stəkan nar şirəsi
Duz- iztiot zövqə görə.

Hazırlanma qaydası:

Lobyanı yuyub, bir qazana tökərək qaynamağa qoyun. Təxminən 3 dəqiqə qaynadıqdan sonra aşsüzənlə süzüb yenidən təmiz su əlavə edərək yağ və şəkər tozu qatıb 1 saat bişirin.

Qozu ət maşınından keçirib,uzun bibəri nazik –nazik doğrayın. Sarımsağı soyaraq əzib, şüyüdi yuyub qurudun. Qozu, sarımsağı, doğradığınız bibəri və şüyüdü bütün ədviyyatlarla birlikdə nar şirəsinə əlavə edərək qarışdırın. Soğanı soyun nazik halqalar şəklində doğrayaraq isti lobyanın üzərinə tökün. Öncə hazırladığımız nar şirəli qarışımı lobya və soğanın üzərinə əlavə edin.

Yaxşıca qarışdırdıqdan sonra bir boşqaba tökərək üzərinə şüyüd və nar dənələrini əlavə edərək bəzəyin.

Sizə Nuş Olsun !!! smile


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
693 665 680 592 685 596

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.