_Yene_Tenha_

_Yene_Tenha_ Sağlamlıq 12-07-2018, 09:48

Xərçəng xəstəliyinin 4 növünün dərmanı tapıldı - TİBBDƏ İNQİLAB

Xərçəng xəstəliyinin 4 növünün dərmanı tapıldı - TİBBDƏ İNQİLAB
Xərçəng xəstəliyinin 4 növünün dərmanı tapıldı - TİBBDƏ İNQİLAB


Oreqon Elm və Səhiyyə İnstitutundan bir qrup alim xərçəng xəstəliyinin ən geniş yayılan 4 növünün qarşısını ala biləcək dərman tərkibi hazırladıqlarını iddia edirlər.

Dərmanın tərkibi hələlik gizli saxlanılsa da, adı "KBU2046" kimi açıqlanıb.

İlkin mərhələdə bu məhlul döş, prostat, qalın bağırsaq və ağciyər xərçənginin sürətli inkişafının qarşısını alır. Məhlul ilk dəfə siçanlar üzərində sınaqdan keçirilib. Hər xəstəliyin tək-tək daşıyısıcı olan siçanlarla yanaşı, 4 növ xərçəng xəstəliyinin daşıyıcısı olan siçanlar üzərində test edilib."KBU2046" adlı məhlulun metastatik xərçəngin yayılmasının qarşısını ala biləcək keyfiyyətlərə sahib olduğu da bildirilib.

Alimlər dərmanın rəsmi satışa çıxarılmazdan əvvəl daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu deyirlər:

"Dərmanın tərkibi birbaşa xərçəng xəstəliyi yaradan hüceyrələrin məhvinə istiqamətlənib. Lakin onun orqanizmdə digər orqanlara ziyan vurmasının qarşısını almaq üçün əks təsirlərini minimuma endirəcək qatqılar əlavə edilməlidir".

Tədqiqatçılar beləliklə, erkən diaqnozla xəstələrin həyatını xilas edə biləcəklərini deyirlər. Yaxın gələcəkdə məhlulun insanlar üzərində də sınaqdan keçirilməsi gözlənilir.



Sayta dərc etdi: Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
550 515 534 500 452 496

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.