_Yene_Tenha_

_Yene_Tenha_ İdman 13-07-2018, 12:03

“Neftçi”dən əzmkar qələbə

“Neftçi”dən əzmkar qələbə
“Neftçi”dən əzmkar qələbə


2018-19 mövsümündə Avrokubok mübarizəsinə ən son qoşulan Azərbaycan klubu "Neftçi" olub.

"Ağ-Qaralar" Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində digər təmsilçilərimizdən 1 saat gec meydana çıxıb.

Bakılılar "Dalğa Arena"da "Uypeşt"lə üz-üzə gəlib. Macarıstan təmsilçisi ilə görüş "Neftçi"də baş məşqçi debütü ilə yadda qalıb. Belə ki, matç Roberto Bordinin bu postda "siftə"si olub.

Yay fasiləsində heyətində ciddi dəyişikliklər edən "Neftçi" səfər öncəsi sərfəli nəticə əldə etməyi bacarıb. Halbuki hesabı qonaqlar açıb. Bununla belə, bakılılar bunun əvəzini 3 topla çıxaraq, əzmkar qələbə qazanıb.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

12 iyul

"Neftçi" (Azərbaycan) - "Uypeşt" (Macarıstan) - 3:1

Qollar: Baqali Dabo, 24, 72; Emin Mahmudov, 90+2 - Daniel Nad, 9



Sayta dərc etdi: Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
610 616 530 478 552 531

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.