Səndən mənə “ Qalan” ...

Səndən mənə qalan ...
Bir ovuc “ Xatirələr” , yarım qalmış “ Arzular”, dənizdə batmış “ Xəyallar, və birdə dəyərli hədiyyən” Boyunbağım” ... hə birdə “ 1Like” vardı...
Bir ovuc “ Xatirə” ; Həə bunlar “ Unudulmazdır” Hər yadıma düşəndə gülümsəyirəm, və hər xatırdıqca sanki, yenidən onları yaşayıram. Ama tək qorxum var, səndən qalan bu xatirələri bir gün “ Unudaram” deyə...
Yarım qalmış “ Arzular” ; Arzularımız nə vaxt gərçəkləşib ki? Arzu olaraq da qaldı yenə.. Mənim “ Tək” arzum vardı, oda “ Sənlə heç vaxt ayrılmamaq” həmçinində “ Tək” qorxumda bu idi ki; “ Bir gün səni itirərəm” . Belə baxıram ki, “ Arzum” yox, “ Qorxduğum” başıma gəldi.. İnsanın həmişə qorxduğu şeylər başına gələr demişlər, oda oldu elə... Keçək dənizdə “ Titanik” olmuş “ Xəyallarıma”...
Dənizdə batmış “ Xəyallarım” ; Çox gözəl xəyallarım var idi.. İnanki, nəyin çox xəyalını qursan həmişə o “ Xəyalın” batar, gərçəkləşməz... Sənli “ Xəyallar” çox qurdum deyə , “ Titanik” batdı. ( Bağışla Jack ... Rose inseAllah oxumaz bu məqaləni) ...
Dəyərli hədiyyəm; Ad günümdə almışdın, çox incə zövqlə seçilmişdi... Əvvəllər boynumdan çıxarmazdım, sənin yanımda olduğunu hiss edərdim taxanda.. Bax gözlərim doldu indi.... İnanki, o sepə toxuna bilmirəm... Qəlbim qırılıbdı deyə bəlkə... Bəlkədə sən yoxsan deyə o , da sönüb əvvəlki kimi artıq parıldamır .... bilmirəm..
“1 Like” ... Çox qəribə biri idi . Paylaşılanlara heç vaxt like qoymazdı , kim olur olsun.. Bir tək mənim paylaşıma “ Like” qoyardı. Oda ordan qalıb elə...
Səndən mənə “ Qalanları” dedim. Məndən sənə qalan nədir bilmirəm, bir tək şeyi bilirəm ki, o yüz% səndə qalıb.. Nədi?? - Sən mənim “ Ürəyimi” apardın özünlə və heç düşünmədin ki, insan “ Ürəyi” olmadan yaşaya bilməz. Düzdü nəfəs alıram , ama o , nəfəsi “ Ürəkdən” ala bilmirəm ...
ONA DEYİN; Ürəyimi geri qaytarsın! O, “ Onu” daşıya bilmədi, və ağır gəldi ona...

Gecələr vardır, sabahı olmayan
Gedənlər geriyə qayıtmazmı heç?
Mahnılar oxunar, sözlər sən olan
Ruhu bədənindən , ayırmazmı heç?
Hekayələr yazılar, cümlələrdə sən
Gör deyə çap olar, oxunmazmı heç
Qəlbimin sahibi, sensiz ölərkən
Tərk edib gedənlər, düşünməzmi heç?
Gündüz günəş tutular, gecələrdə ay
İnsanda - insana tutularmı heç?
Müəllif : ONA DEYİN....
Redaktə etdi:Uğurböceyi






