_Yene_Tenha_

_Yene_Tenha_ İslam Dini 15-07-2018, 11:00

Qəzəblənən insana qarşı necə rəftar etməli?

Qəzəblənən insana qarşı necə rəftar etməli?
Qəzəblənən insana qarşı necə rəftar etməli?


Dünyanın tanınmış filosofu Aristotel hüzur və rahatlıq hissi haqqında deyir: "O kəslərin qarşısında rahatlıq tapırıq ki, bizə etdikləri təhqirə görə üzr istəyirlər və ondan peşman olurlar. Onlar peşman olan zaman öz rəftarlarına görə əziyyət çəkirlər. Biz də bunu onların rəftarında görən zaman qəzəbimizi yatızdırırıq.

Hüzur - qəzəbin əksidir. Biz o zaman başqa birinə qəzəblənirik ki, o bizi təhqir edir. Əgər bunu iradəvi edibdirsə və üzr istəyirsə, o zaman sakitləşir və hüzur tapırıq. Ancaq əgər qeyri-iradəvi edirsə, buna görə onu günahlandırmaq olmaz, çünki heç özü də öz rəftarının necəliyindən xəbərdar deyildir. Yəni, həmin rəftarı özündən asılı olmadan başqaları ilə də edir.

Biz adətən o kəsləri cəzalandırmaq istəyirik ki, etdikləri təhqiri boyunlarına almırlar və ona görə peşman olmurlar. Ancaq o kəslər ki, üzr istəyir və peşman olduqlarını bildirirlər, onlara qarşı istər-istəməz mülayim olur və qəzəbimizi yatızdırırıq.

Bütün bu deyilənlərin səbəbi budur ki, bədihiyyatı inkar etmək - həyadan uzaq olmaqdır. Həyadan uzaq olmaq isə təhqirdən başqa bir şey deyildir.

Ona görə də həqiqət budur ki, qəzəblənən insanın qarşısında təvazökarlıq göstərmək - onun hüzur və rahatlıq tapmasına səbəb olar.

Həmçinin o kəslərə qarşı aram oluruq ki, bizim ciddi qəbul etdiyimiz şeyləri onlar da ciddi qəbul edirlər. Çünki onlar bizim özümüzü ciddi qəbul edirlər. Ona görə də bizi təhqir etmirlər".

Bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, böyük filosof bizə bəzi tövsiyələr vermək istəyir. Demək istəyir ki, qəzəblənməzdən əvvəl qarşı tərəfə bir nəzər salın və baxın görün bu rəftarı iradəvi edibdir, yoxsa qeyri-iradəvi. Hər bir halda əgər öz rəftarından peşman olubdursa, istər-istəməz onu bağışlayır və qəzəbimizi boğuruq. Bu zaman aram olur və hüzur tapırıq.

Ona görə də bizi təhqir edən insanı cəzalandırmazdan əvvəl bir qədər səbir etsək və onun etdikləri barəsində düşünsək, bizə xeyirdən başqa bir şey gətirməyəcəkdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
767 802 671 618 662 707

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.