Kənan Heydərov

Kənan Heydərov Maraqlı 15-07-2018, 10:48

Azərbaycanda olan palçıq vulkanları dərini gözəl və cavan edir

Azərbaycanda olan palçıq vulkanları dərini gözəl və cavan edir
Azərbaycanda olan palçıq vulkanları dərini gözəl və cavan edir


Təbii tərkibli kosmetik vasitələr digərlərindən baha olsa da, təsir effekti daha yüksəkdir.

Lakin qadınlar tez nəticə əldə etmək üçün kimyəvi tərkibli kosmetik vasitələrə üstünlük verirlər.


Azərtac bildirir ki, mütəxəssislərin verdiyi məlumata əsasən, vulkan palçığı tərkibli məhsullar ən effektli təbii kosmetik vasitələr sayılır. Dünyada 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanda yerləşir. Təcrübə göstərir ki, son vaxtlar palçıqdan hazırlanan kosmetik vasitələr krem və yağları da üstələyir. Palçıq vulkanından hazırlanan kosmetik vasitələrin tərkibi çoxlu minerallar və kalsium, sink, manqan, gümüş, molibden kimi mikroelementlərlə zəngindir. Həmin maddələr dəriyə müalicəvi təsir göstərərək qan dövranını yaxşılaşdırır, dəridə geniş məsamələr əmələ gələndə onların kiçilməsinə və azalmasına səbəb olur.

Vulkan palçığından hazırlanan həmin məhsullar müxtəlif dəri problemlərinin həllində istifadə edilir. Kosmetoloqların fikrincə, ev şəraitində həftədə iki dəfə 15 dəqiqə ərzində həmin tərkibli məhsullardan istifadə etməklə yüksək nəticəyə nail olmaq mümkündür. Həmin məhsullar dəridə olan quruluq, yağlılıq, qırış və aknelərin qarşısını alır. Üstəlik, həmin palçıq həm də hipoallergen olduğuna görə allergik səpgilərin sakitləşməsinə də faydalı təsir göstərir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
412 380 444 445 403 417

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.