weher uwagi

weher uwagi Məşhurlar 16-07-2018, 11:34

Məşhurların bilmədiyiniz nəsli haqqında

Məşhurların bilmədiyiniz nəsli haqqında
Məşhurların cazibəsinin nəzərə çarpacaq payının onların nəslinə ötürülməsi, məqaləni oxuyan hər kəsdə təəccüb doğuracaq. Bir neçə əcnəbi sosial şəbəkələrə istinad edərək, 6 məşhurun nəsli barədə məqaləni məhz loading.az saytı üçün təqdim edirəm.

1. Əfsanəvi müğənni Elvis Preslinin nəvəsi – Rayli Kio


Özünün 25 yaşında Rayli, Milanda yüksək moda həftəsində model kimi iştirak etmiş, bununla belə “Raneveys”, “Super Mayk” və ekranlara yenicə çıxacaq “Dəli Maks: qəzəb yolu” kimi məşhur filmlərin də daxil olduğu 7-dən çox filmdə çəkilmişdir.

2. Odri Hepbernin nəvəsi – Emma Ferrer


Yayılan şayiələrə əsasən Tanrı əfsus ki, Emmanı, tanınmış nənəsinin malik olduğu zəriflik və kövrəklik ilə mükafatlandırmadı. Bu qız qətiyyən şad deyil ki, onu Odri ilə müqayisə etməyə çalışırlar. Əfsuslar olsun ki, nəvə Hepbernin özü ilə qarşılaşmayıb – o, nəvəsinin dünyaya gəlməsinə az qalmış vəfat etdi. İlk dəfə Emma haqqında, yaxınlarda 2014-cü ildə 20 yaşlı Emma “Harperʼs Bazaar”-ın cildini bəzədikdə danışdılar.

3. Dahi aktyor Marlon Brandonun nəvəsi – Tuki Brando


Ailənin əhvalatı olduqca faciəlidir – Tukinin anası Çeynni Brando hamilə olduqda, onun qardaşı Kristian Brando həyat yoldaşı, yəni Tukinin atasını atəş açaraq qətlə yetirdi. Oğlanın anadan olmasından sonra çox keçmədən qadına şizofreniya diaqnozu qoydular, 1996-cı ildə isə çoxsaylı cəhdlərdən sonra Çeynni, özünü öldürməklə həyatına son qoydu. Oğlanı qəyyumluğa nənəsi Tarita, həmçinin məşhur babası Marlon Brando götürdü. Belə ki, Tuki, babasının izi ilə, aktyorluq yolu ilə getmək barədə düşünmür, əvəzində Versace moda evinin üzvü olaraq model kimi müvəffəqiyyətlə çıxış edir.

4. Yazıçı Ernest Heminqueyin nəvəsi – Dri Heminquey


Hal-hazırda Gucci, Valentino, Chanel, Givenchy, Calvin Klein və s. kimi dünyanın nəhəng brendləri ilə əməkdaşlıq edən uğurlu modeldir.

5. Alen Delonun nəvəsi – Elison Le Borj


Elison – Delonun oğlunun nigahdan kənar qızıdır. Anası tərəfindən tərbiyə olunurdu, məşhur babası ilə isə 11 yaşında tanış oldu. Elison deyir ki, “Biz, ilk görüş anımızda bir-birimizə diqqətlə baxırdıq və bənzərliyimizdən heyran olmuşduq”. Həqiqətən də onunla mübahisə edilməz, axı baba və nəvə son dərəcə oxşardılar. Le Borj hələ öz karyerasına yeni başlayanda, onun Delon ilə qohumluğu barədə heçnə bilməyən bir fotoqraf söylədi: “Əgər Alen Delon qadın olsaydı, o eynilə sənin kimi görünəcəkdi”. Qız ilk dəfə 14 yaşında “Mavi ada” filmində səhnəyə çıxdı, çox keçmədən isə onun gözəlliyini, model kimi çıxış etdiyi məşhur Vogue, Grazia, Estilo və Vanity Fair jurnallar gördü. Qız, 2010-cu ildə İntimissimi Shaping alt paltarları reklam şirkətinin üzvü oldu.

6. Çarli Çaplinin nəvəsi – Una Çaplin


Təəccüblü deyil ki, gözəl Una, məşhur babasının izi ilə getmiş və aktrisa oldu – qız 34 filmdə çəkilib. Lakin, Çaplin tamaşaçılara daha çox “Taxt-tac oyunları” (ingiliscə “Game of Thrones”, rusca “Игра престолов”) serialında Robb Starkın arvadı Talisa Meygir rolu ilə, həmçinin yaxınlarda çıxmış “Uzaq yol” melodramındakı gənc Rut rolu ilə yaddaşlarda qalıb. Xüsusilə diqqətli tamaşaçılar həm də “Şerlok” serialının epizodunda (Con Vatsonun qızlarından biri) rol alan qızı görə bilərdilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
644 600 574 595 583 568

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.