_Yene_Tenha_

_Yene_Tenha_ Xəbərlər 17-07-2018, 16:00

Dünyanın ən böyük radioteleskopu istifadəyə verilib

Dünyanın ən böyük radioteleskopu istifadəyə verilib
Dünyanın ən böyük radioteleskopu istifadəyə verilib


Cənubi Afrikada dünyanın ən böyük "MeerKAT" radioteleskopu rəsmən istifadəyə verilib.

Rəsmi açılışda Cənubi Afrikanın vitse-prezidenti Devid Mabuza iştirak edib.

Məlumata görə, unikal elmi kompleks Karu səhrasında (Şimali Keyp əyaləti) Karnarvon şəhərciyi yaxınlığında yerləşir. "MeerKAT" 12-18 metr diametrli 64 antenaya malikdir.

"MeerKAT" dünyada ilk "Square Kilometer Array" (SKA) instrumental astronomik layihəsinin ilk mərhələsidir.

"MeerKAT" radioteleskopunun ümumi dəyəri 2,1 milyard dollara bərabər beynəlxalq "SKA" layihəsində payı 25 faiz təşkil edir. "SKA" konsorsiumuna 10 ölkə daxildir: Kanada, Çin, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, İsveç, Cənubi Afrika, Yeni Zelandiya və Avstraliya.

Bildirilir ki, layihənin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur. Yaradılan konstruksiyanın həssaslığı o qədər yüksəkdir ki, 15 parsek (təxminən 49 işıq ili) məsafədən gələn siqnalı qeydə almağa imkan verəcək. Üç minə yaxın antena superkompüterlər vasitəsilə şəbəkədə birləşərək vahid virtual antena - 1 kv.km sahəsində "boşqab" yaradacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
486 466 420 471 475 386

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.