_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 17-07-2018, 17:00

“Twitter”də böyük təmizlik: Saxta hesablar silinir

“Twitter”də böyük təmizlik: Saxta hesablar silinir
“Twitter”də böyük təmizlik: Saxta hesablar silinir



"Twitter" mikrobloqu iyulun 12-dən etibarən şübhəli akkauntların kütləvi şəkildə silinməsinə başlayıb.

Bu barədə şirkətdən açıqlama verilib.

Açıqlamada bildirilir ki, "Twitter"də etimad mühiti yaratmaq və sağlam kommunikasiyanı təmin etmək istiqamətində tədbirlər davam etdirilir: "İzləyicilərin sayı görünən bir özəllikdir və hər kəsin bu saylara etibar etməsini istəyirik. İllər boyunca durumlarında ani dəyişikliklər gördüyümüz hesabları bağladıq. Bu həftə dünya miqyasında bağlı hesabları izləyicilərin sırasından siləcəyik. Nəticədə bir çox profildə izləyicilərin sayında azalma olacaq. Hesabların çoxu 4 və ya 4-dən az izləyici itirəcək. Çoxsaylı izləyiciyə sahib olan səhifələrin izləyici sayında isə ciddi azalma olacaq. Bunun bəziləri üçün çətin olacağını anlayırıq, lakin doğruluğun və şəffaflığın "Twitteri" daha güvənilən bir xidmət halına gətirəcəyinə inanırıq".

Qeyd edək ki, bəzi "Twitter" istifadəçləri "bot"lar vasitəsilə öz izləyici saylarını süni şəkildə artırırlar. Bir çox bu tip səhifələr pulla satılır. Saxta izləyicilər vasitəsilə öz siyasi və ya kommersiya maraqlarını həyata keçirənlər ABŞ Konqresinin və ştatların hakimiyyət orqanlarının diqqətini çəkib. Onlar ABŞ-ın Ticarət üzrə Federal Komissiyasından tədbir görülməsini istəyiblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
422 497 430 438 459 449

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.