_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 20-07-2018, 12:00

Smartfonların "ömrü" 5 dəfə arta bilər

Smartfonların "ömrü" 5 dəfə arta bilər
Avtonom iş müddəti bir çox qurğuların (smartfon, planşet, noutbuk, "ağıllı" saat, simsiz qulaqlıq, hətta elektrik avtomobili) ən zəif nöqtəsidir. Norveçdən olan alimlər qrupu bu problemin həllini tapıblar. Onlar tərəfindən hazırlanmış texnologiya smartfonlara quraşdırılan akkumulyatorun tutumunu 5 dəfə artırmağa imkan verib.

Mobil qurğuların avtonom iş müddətini artırmaq üçün ən geniş yayılmış üsul qrafitin əvəzinə silisiumdan istifadədir. Problem ondadır ki, qrafitin akkumulyatorda istifadə vaxtı 400% genişlənmə xüsusiyyətinə malikdir. Bu isə onun sürətlə məhv olmasına səbəb olur.

Norveç alimləri akkumulyatorların yaradılması üçün qrafit və silisiumdan istifadəyə əsaslanan yeni üsul təklif ediblər. Bu metod avtonom iş müddətini xeyli artırır. "Kjeller Innovation" şirkəti artıq bu texnologiyanın kommersiyalaşdırılması üzərində işləyir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
488 508 495 398 495 439

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.