Esmeralda

Esmeralda İslam Dini 24-07-2018, 11:38

Bir dəfə namaz qılmaq günahdırmı?

Bir dəfə namaz qılmaq günahdırmı?


Namaz qılmaq savabı ən çox olan əməllərdəndir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) ən fəzilətli əməlin hansı əməl olduğunu soruşan səhabəyə buyurmuşdur: "Vaxtında (vaxtının başlanğıcında) qılınan namazdır". (əl-Buxari, "Məvaqit", 162). Bir dəfə də olsa namaz qılmaq sizi Allaha yaxınlaşdırır.
"Mən bir səhabənin Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) belə rəvayət etdiyini eşitdim: "Uca Allah buyurur: "Ey Adəm oğlu! Mənə doğru ayağa qalx, Mən də sənə doğru yeriyərək gəlim. Mənə doğru yeriyərək gəl, Mən də sənə doğru yüyürərək gəlim". (İmam Əhməd, 15360, 15967, 16346; "Səhihul-Camius-Sağir", №: 4340; "Silsilətul-Əhadisis-Sahihə", №: 2287).
Amma heç namaz qılmamaq və ya qılıb sonra tərk etmək isə, ən böyük günahlardandır. Ona görə də, namaz qılmağı öyrənərək tezliklə davamlı şəkildə qılmağa başlayın. Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59).
"Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar - günahkarlar barəsində. Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik...". (əl-Muddəssir, 40-43).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
970 882 911 853 988 859

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.