Ağlımdan Heç Çıxmır O Gözəl Üzün

Ağlımdan heç çıxmır o gözəl üzün
Səni şeirlərdə gizli anıram,
Onlara baxıram hər səssiz gecə.
Sənli yuxulardan mən oyanıram,
Sükuta batıram səni görüncə.

Sənə qalmayıbdır daha güvənim
Bu kövrək könlümə kəsildin qənim
Səni unutmağı necə öyrənim ?...
Qəlbimdə kədər var, üzümdə hüzün
Ağlımdan heç çıxmır o gözəl üzün...

Görənlər deyirlər, sanki, mələkdir,
Unutma sən onu, o sevəcəkdir,
Ulduzlar gözünü göylərə çəkdi,
Elə bil, zillənir gözümə gözün
Ağlımdan heç çıxmir o gözəl üzün...

Səni şeirlərdə gizli anıram,
Onlara baxıram hər səssiz gecə.
Sənli yuxulardan mən oyanıram,
Sükuta batıram səni görüncə.

Sənə qalmayıbdır daha güvənim
Bu kövrək könlümə kəsildin qənim
Səni unutmağı necə öyrənim ?...
Qəlbimdə kədər var, üzümdə hüzün
Ağlımdan heç çıxmır o gözəl üzün...

Görənlər deyirlər, sanki, mələkdir,
Unutma sən onu, o sevəcəkdir,
Ulduzlar gözünü göylərə çəkdi,
Elə bil, zillənir gözümə gözün
Ağlımdan heç çıxmir o gözəl üzün...

Səndən döndərmişəm artıq yönümü,
Daha düşünmürəm hər il dönümü,
Bir mələk cildində kəsib önümü,
Bir gün vaxt gələcək, deyəssən özün :
-Ağlımdan heç çıxmır o gözəl üzün..
Daha düşünmürəm hər il dönümü,
Bir mələk cildində kəsib önümü,
Bir gün vaxt gələcək, deyəssən özün :
-Ağlımdan heç çıxmır o gözəl üzün..
Müəllif:Əli Əziz






