"Qarabağ" "Kukesi"yə qarşı
Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti Avrokubok oyununu keçirəcək.
Təmsilçimiz Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçına çıxacaq.
Avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan klubu Albaniya "Kukesi"si ilə üz-üzə gələcək. Ötən həftə səfərdə qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri doğma azarkeşlər önündə qalib gəlməyə çalışacaq.
"Qarabağ" "Kukesi" səddini keçəcəyi təqdirdə BATE (Belarus) - HİK (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub olan komanda isə Avropa Liqasının III təsnifat mərhələsində "Torpedo" (Gürcüstan) - "Vikinqur" (Farer adaları) cütünün güclüsü ilə qarşılaşacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi
1 avqust
21:00. "Qarabağ" - "Kukesi" (Albaniya)
Baş hakim: Peter Kralovic
Tofiq Bəhramov adına Respublika stadionu