Kənan Heydərov

Kənan Heydərov Texnologiya 4-08-2018, 10:06

Yeni "iPhone" gəlir - Tarix açıqlandı

Yeni "iPhone" gəlir - Tarix açıqlandı
Yeni "iPhone" gəlir - Tarix açıqlandı


Növbəti nəsil “Apple” smartfonlarının təqdimetmə tarixi məlum olub. Son illər üzrə təqdimat cədvəli və bəzi başqa amillərə əsaslanaraq, yeni smartfonların 12 sentyabr 2018-ci il tarixində təqdim ediləcəyi gözlənilir.

Loading.Az ictnews-a istinadən xəbər verir ki, “Apple” belə tədbirləri adətən çərşənbə axşamı və çərşənbə günləri, həm də sentyabrın ikinci həftəsinədək keçirir. Beləliklə, 4 və 5 sentyabr, həmçinin 11 və 12 sentyabr bu tədbirin keçirilməsi üçün uyğundur. 3 sentyabrda ABŞ-da Əmək Günü qeyd olunur, buna görə tədbirin 4 və ya 5 sentyabrda keçirilməsi ağlabatan deyil. “Apple” şirkətinin yeni nəsil “iPhone” smartfonunu 11 sentyabr tarixində təqdim etməsi real sayılmır, çünki həmin gün ölkədə matəmdir. Yeni “iPhone” smartfonları 12 sentyabr tarixində təqdim edildiyi halda 21 sentyabrda satışa çıxarıla bilər.

Şayiələrə görə, “Apple” payızda 5,8 və 6,5 düym diaqonallı iki OLED-model, yeni “iPhone X” və “iPhone X Plus”, həmçinin “iPhone 9” kimi adlandırılan 6,1 düymlük ucuz LCD-modelini təqdim edəcək. Bütün aparatlar çərçivəsiz dizayn, sifətə görə istifadəçinin tanınması funksiyası (“Face ID”) və “A12” sürətli prosessoru ilə təchiz ediləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
508 485 430 429 456 489

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.