Nani_Fit

Nani_Fit İdman 5-08-2018, 15:17

“Barselona” “İnter”dən Vidalı “oğurladı”

“Barselona” “İnter”dən Vidalı “oğurladı”


İspaniyanın “Barselona” klubu dördüncü transferini həyata keçirib.

Xəbər verilir ki, Kataloniya klubu Münhen “Bayern”i ilə çilili Arturo Vidalın keçidi barəsində razılıq əldə olunduğunu açıqlayıb.

Tibbi müayinədən sonra dayaq yarımmüdafiəçisi olan Vidalla üç illik müqavilə bağlanacaq. Hamının Milan “İnter”inə keçəcəyini gözlədiyi bu futbolçuya görə “Barsa”nın 30 milyon avro xərcə düşdüyü deyilir.

Qeyd edək ki, “Barselona” daha əvvəl “Bordo”dan braziliyalı yarımmüdafiəçi Malkonu, “Qremio”dan Arturu və “Sevilya”dan fransız mərkəz müdafiəçisi Kleman Lanqleni transfer etmişdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
540 509 511 475 513 490

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.