Peyğəmbərimiz şəhid sayılırmı?
Rəvayət edilir ki, İbn Məsud (Allah ondan razı olsun) demişdir: "Allah Elçisi öldürüldüyünə (şəhid kimi) bir deyil, doqquz dəfə and etmək istəyirəm. Beləliklə, Uca Allah ona peyğəmbərlik dərəcəsi verdiyi kimi, şəhidlik dərəcəsi də vermişdir". (İmam Əhməd, 3617, 3873; Əbu Ya'lə, 9/132; ət-Tabərani "Mu'cəmul-Kəbir" 10119).
Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: "Allah Elçisi ölümünə səbəb olan xəstəliyində belə deyirdi: "Xeybərdə yediyim yeməkdəki zəhərin acısını hələ sinəmdə hiss edirəm". (əl-Buxari, 4428). Qeyd edək ki, Xeybərdə yəhudilər Peyğəmbəri (salləllahu aleyhi və səlləm) zəhərləmişdilər. Ona görə də bəzi alimlər onun bu zəhərin təsiri nəticəsində ölərək şəhid olduğunu deyirlər.