Həmdin tövbəsi - İbrətli hekayə
Məşhur sufilərdən biri deyirmiş:
«30 ildir, bircə kəlmə «Əlhəmdu lillah» dediyimə görə tövbə edirəm». Təəccüblə soruşurlar ki, məgər insan Allaha həmd etdiyinə görə tövbə edərmi? Sufi cavab verir: «30 il bundan əvvəl ticarətlə məşğul olurdum, dükanım vardı. Bir gün bazarda yanğın baş verdi. Tez bazara qaçıb gördüm ki, yanğın mənim dükanım olan yerə gəlib çatmayıb. Sevinib «Əlhəmdu lillah» dedim. Sonralar öz-özümə dedim ki, nə olsun mənə ziyan dəyməyib? Əgər yanğın mənə zərər vurmayıbsa, başqalarına ki vurub! Mən özümü sair müsəlmanlardan ayırmamalı və onların dərdinə laqeyd qalmamalıydım. Bax, buna görə həmin həmdin tövbəsini edirəm».