Lola

Lola Məsləhətlər 11-12-2015, 14:28

Səhərlər oyanmaqda çətinlik çəkirsiniz?

Səhərlər oyanmaqda çətinlik çəkirsiniz?


Statistika göstərir ki, yetkin insanların 70 faizi səhərlər oyanmaqda çətinlik çəkir. Bu isə işə və ya önəmli bir görüşə gecikmə, bütün gün özünü yorğun və narahat hiss etmə, mənfi emosiyalara köklənmə kimi vəziyyətlərə gətirib çıxarır.

Müayinədən keçin!

Səhərlər oyana bilməməyənizin səbəbi hər hansı bir xəstəliklə bağlı ola bilər. Həkimə müraciət edin və sağlamlığınızda problem olub-olmadığını müəyyənləşdirin.

Yatağın yanına su qoyun!

Səhər gözünüzü açan kimi 1 stəkan su içsəniz, yataqdan qalxıb günə başlamaq sizə işgəncə kimi görünməyəcək.


Zəngli saat


Zəngli saatı yatağın yaxınlığına qoymayın. Beləliklə, onu uzanıb söndürə bilməyəcəksiniz.

İşıqlı saat


Səhərlər oyanmaq üçün işıqlı saatlardan yararlana bilərsiniz. Bu saatlar günəş kimi parlayaraq gözləri qıcıqlandırır və insanı oyanmağa vadar edir.

Gecə yatmamışdan qabaq içməyin!

Spirtli içkilər, həmçinin, kofe yuxunu pozub gecə gec yatmağınıza səbəb ola bilər. Təbii ki, vaxtında yatmayan insan, tezdən oyana bilməz. Odur ki, yatmamışdan 3-4 saat əvvəl spirtli və kofeinli içkilərdən uzaq durun.


Qoxulu yağlar


Yatağın yanına portağal, qreypfrut və ya nanə yağı qoyun. Saatın səsinə oyana bilməyəndə yağ şüşəsini açıb qoxulayın.



Səhərlər oyanmaqda çətinlik çəkirsiniz?

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
725 747 602 668 650 641

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.