Angel Girl

Angel Girl İslam Dini 11-12-2015, 14:59

Ay və bulud

Ay və bulud



Buludun kölgəsi yerə düşər, düşər, amma o kölgə ayla bərabər olmaz. Ey yaxşılıq istəyən Haqq aşiqi! Özündən keçib Haqda fani olmaq buludsuz bir hala gəlməkdir. amma külək əsərək bu buludu gətirərsə, ayın nuru gedər. Ancaq bir xəyal qalar. Buludun, yaxud yozun pərdəlediyi ay bir xəyal kimi görünür. Məhz bədən buludu bizi xəyal düşüncəsinə sürükləyər. Ayın lütfünə, kərəminə bax. Onun " Buludlar bizim düşmənimizdir" deməsi ayrı bir lütfdür. ( Burada ay deyiləndə Allah nəzərdə tutulur.) Bulud və toz da ayı görməyimizə əngəl olan, pərdə olan mənliyimiz, nəfsimizdir. Biz mənliyimizə, nəfsimizə məğlub olduqda onlar ayı görməyimizə pərdə olur. Onun üçün Allah-Taala nəfsin həva və həvəsi ( Buludlar bizim düşmənimizdir deyə buyurmuşdur.) Ay buluda, toza, torpağa etina etməz. O, göylərdə nur saçaraq dövran edər. Yəni bulud və toz aya qədər yüksəlib onu pərdələməz. Ancaq bizim gözümüzün önünə bir pərdə olar. Ay çox yuxarılarda, buluddan, tozdan xəbərsiz fırlanar. İşıqlar saçar. Bizim əsl düşmənimiz buluddur, həm də can düşməni. Çünki ayı bizim gözümüzdən o gizlədir. Buludun parlaqlığı, gözəlliyi həqiqətdə aydadır. Amma hər kim buluda ay deyərsə O, yolunu itirmişdir. Ayın nuru buludun üzərinə düşdükdə onun qapqara üzünü aydınladar. Öz nuru ilə onu nurlandırar.


Ay və bulud

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1271 1355 1229 1166 1272 1185

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.