_Yene_Tenha_

_Yene_Tenha_ Sağlamlıq 15-08-2018, 07:43

Gündə 10 min addımın 5 önəmli faydası

Gündə 10 min addımın 5 önəmli faydası


Diabeti gecikdirir: Gündə nizamlı olaraq atılan 10 min addım insulin müqavimətini sındırıb, diyabetin inkişaf riskini azaldır. İnsulin müqavimətinin sındırılması nəticəsində qanda şəkərin səviyyəsi nizamlanır və xüsusilə ailəvi diabet xəstəliyi olan şəxslərdə diabetin ortaya çıxmasını ləngidir.

Xərçəngə qarşı qoruyucudur: Gündə 10 min addım atmaq eyni zamanda xərçəngə tutulma riskini də azaldır. Məsələn bağırsaq hərəkətlərinin sürətlənməsi sayəsində bağırsaq xərçəngi riski azalarkən, arıqlama sayəsində də bir çox xərşəng növünün qarşısı alınır.

Depressiyaya qarşı təsirlidir​: Gündə 10 min addımla beyindən ifraz olunan endorfin və seratonin kimi maddələr stresi azaldır. Depressiyada istifadə edilən dərmanların əksəriyyəti beyindəki bu maddələrin səviyyəsini artıraraq təsir göstərir.

Dərman istifadə etmədən gündə atılan 10 min addımla depressiya əlamətlərini azalda və diqqəti cəmləmə qabiliyyətini də artıra bilərsiniz.

Alzheimer riskini azaldır: Aparılan araşdırmalara görə, gündəlik nizamlı addım atan kəslərdə iflic riskində də azalma olur. Bunların yanında beyin sağlamlığının güclənməsinə bağlı olaraq erkən ağlını itirmə və Alzheimer kimi xəstəliklərin inkişaf riski də azalır.

Osteoporozdan qoruyur: Gündəlik olaraq atılan 10 min addım əzələ ilə oynaqların güclənməsini təmin edir. Eyni şəkildə sümük quruluşunu da gücləndirib sümüklərdə qalınlaşmanı təmin edir. Bu sayədə Osteoporozun qarşısının alınmasında faydalı olur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
499 506 492 468 443 505

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.