Kənan Heydərov

Kənan Heydərov İdman 24-08-2018, 09:52

"Qarabağ" "Şerif"ə uduzdu

"Qarabağ" "Şerif"ə uduzdu
"Qarabağ" "Şerif"ə uduzdu

Bu gün Avropa Liqasının pley-off mərhələsinə start verilib.

Təmsilçimiz "Qarabağ" da ilk oyununa çıxıb. Qurban Qurbanovun komandası Moldova çempionu "Şerif"in qonağı olub və 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 30-u Bakıda keçiriləcək.

Xatırladaq ki, ötən mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” bu rəqibini mübarizədən kənarlaşdırıb. Bakıda qolsuz heç-heçə edən komandaların Tiraspoldakı duelində "Qarabağ" 2:1 hesablı qələbə qazanıb.


23 avqust

Avropa Liqası

Pley-off mərhələsinin ilk oyunu

21:00. "Şerif" (Moldova) - "Qarabağ" (Azərbaycan) - 1:0
Qol: Rifet Kapiç, 8
Hakimlər: Sergey Tsınkeviç, Yevgeni Romanov, Vitali Malyutsin, Viktor Şimusik (hamısı Belarus)
Tiraspol, "Şerif" İK stadionu.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
531 585 490 419 509 482

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.