Çeburaşka tortu


Xəmir üçün: yumurta sarısı -2 ədəd, toz-şəkər-1stəkan, yağ-100 q,un-3 stəkan, soda-0,5 çay qaşığı,
mürəbbə və
ya cem -1 stəkan.
Beze üçün-yumurta ağı -2 ədəd, toz-şəkər -4 çay qaşığı.
Yumurta sarısını toz-şəkərlə qarışdırıb yağ və soda əlavə etməli. Bir qədər çaldıqdan sonra un töküb xəmir
yoğurun. Xəmiri 2 yerə bölüb ayrı-ayrılıqda eyni bərabərlikdə yayaraq yağlanmış formaya qoyun,arasına mürəbbə
sürtüb isti sobada bişirin.
Tort bişib hazır olana yaxın beze kütləsindən müxtəlif bəzəklər vurun.Bezelərin quruyub tünd rəngə çevrilməsi
üçün tortu bir müddət vam istilikdə sobada saxlayın.







