Samsung Smart TV’lərdə Tizen OS İşlədəcək

Samsung Smart TV’lərdə Tizen OS İşlədəcək

Son əməliyyat sistemi sınağından sonra Samsung smart televizorlarda Tizen əməliyyat sistemindən istifadə edəcəyini açıqladı.

Bu o deməkdir ki, smart televizorlar digər Tizen OS (Samsungun açıq qaynaqlı əməliyyat sistemi) istifadə edən digər Samsung cihazları ilə sinxronlaşdırıla biləcək. Məsələn, məzmunlar wi-fi və ya Bluetooth vasitəsilə ötürülə (stream) biləcək. Samsung açıqlamasında bildirib ki, Tizen OS’nin digər cihazlara tətbiq edilməsi Samsung Smart TV’ləri Smart Home (Ağıllı Ev) sisteminin idarə mərkəzinə çevirir.

Həmçinin bu o deməkdir ki, Samsung yeni əməliyyat sistemi üçün proqram inkişaf etdirənləri (developer) cəlb etməlidir. Amma 2012-ci ildə yaranmasına baxmayaraq Android sisteminə qarşı rəqabətdə məğlub olmuşdur.

Buna əlavə olaraq, Tizen Samsung Z və Galaxy Gear və Galaxy Gear S ağıllı saatlarında istifadə olunub. Əksər Samsung məhsulları Android əməliyyat sistemindən istifadə edir və Tizen OS’nin gələcəyi hal-hazırda məchul olaraq qalır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
686 684 739 609 602 699

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.