♥Ziya♥

♥Ziya♥ Maraqlı 2-06-2016, 00:00

Telefon adamı kökəldir

Telefon adamı kökəldir


Yeni aparılan araşdırmalar gecələr çarpayıda telefonda gəzişməyin, sosial şəbəkələrdə vaxt keçirməyin kökəlməyə səbəb olduğunu sübut eləyib.

Araşdırmada iştirak edən Nortvestern Universitetinin alimləri “ağıllı” telefonların insan üçün ən təhlükəli düşmən olduğunu açıqlayıblar.


“PLOS One” jurnalında yayımlanan araşdırmanın nəticələrinə görə, smartfon telefondan əks olunan mavi, parlaq işıq orqanizmdə bir çox dəyişikliyə səbəb olur. Bu işıq maddələr mübadiləsinin zəifləməsinə səbəb olmaqla yanaşı, insulinin səviyyəsinə də təsir edir. Qandakı şəkərin səviyyəsini yüksəltdiyi üçün bir müddət sonra qlyukoza orqanizmdə yağ halında toplanmağa başlayır. Bu isə bədənin piylənməsi ilə nəticələnir.

Alimlər bildiriblər ki, sadəcə gecə saatlarında deyil, ümumiyyətlə, gün ərzində “ağıllı” telefon və ya planşetlərdən mümkün olduğu qədər uzaq durmaq lazımdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
637 658 574 572 569 585

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.