Van Persie - "Fənərbaxça"ya gəlməklə böyük səhv etdim
O, qeyd edib ki, yeni mövsümdə klubda qalıb-qalmayacağı sual altındadır: “Bura gəlməklə böyük səhv etdim. Klubda qalıb-qalmayacağım isə bəlli deyil. Bəzi təkliflər alıram. Yenidən Avropaya qayıdaraq yüksək səviyyədə futbol oynadığımı isbatlamaq istəyirəm”.
Persie, Çin klublarından təklif aldığını, ancaq bu təkliflərə müsbət cavab vermək istəmədiyini bildirib.
Qeyd edim ki, mövsümün əvvəlində İngiltərənin “Mançestr Yunayted” klubundan “Fənərbaxça”ya transfer olunan Robin Van Persi istənilən oyunu sərgiləyə bilməyib. Bu səbəbdən klub prezidenti Əziz Yıldırım hollandiyalının klubdan göndərilməsinə “yaşıl işıq” yandırıb.