_Yene_Tenha_

_Yene_Tenha_ İslam Dini 2-09-2018, 13:33

Mömin xurma ağacina bənzəyir...

Mömin xurma ağacina bənzəyir...


İslam Peyğəmbərinin (ə) bu barədə belə bir kəlamı var:

مَثَلُ الْمُؤْمِنِ مَثَلُ النَّخْلَةِ مَا أَخَذْتَ مِنْهَا مِنْ شَيْئٍ نَفَعَكَ


"Mömin xurma ağacına bənzəyir, ondan nə götürsən faydalı və xeyirlidir." ("Nəhcül-fəsahə", səh.564, hədis 2727.)

Xurma ağacı doğrudan da, çox bərəkətli ağaclardan biridir. Onun meyvəsi yeyilir və o, qidalanmaq üçün ən yaxşı yeməklərdən sayılır; onun çəyirdəyindən yanacaq kimi istifadə edilir, yarpağından həsir, papaq, süfrə və s. kimi şeylər toxunulur. Xurma ağacının özündən isə, sadə bina tikintisində istifadə olunur. Hətta çayların üzərindən keçmək üçün körpü salınır. Onun çiçəklərindən bir növ faydalı və ətirli cövhər alınır. Bir sözlə, xurmanın faydasız və atılan heç bir hissəsi yoxdur.

İmanlı şəxslər də eynilə xurma ağacı kimidirlər. Onların düşüncələri faydalı, danışıqları xeyirli, oturuşu tərbiyəvi, məktəbləri yaradıcı, dostluqlarında sadiq, vədlərində vəfalıdırlar. Xülasə, onların hər bir işi qiymətli və dəyərlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
882 881 823 752 828 751

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.