İspanaq şorbası
Tərkibi (6 pay):
500 q ispanaq
0,5 st. fındıq yağı
1 orta boy soğan
1 x.q. un
3 st. su
1 st. süd
İspanağı suda 5 dəqiqə qaynadıb süzün. Xırda doğrayın.
Tavada fındıq yağını qızdırıb xırda doğranmış soğanı qovurun. Qızılı rəng alanda ispanağı əlavə edib 2-3 dəqiqə qovurun.
Qazanda 2 x.q. fındıq yağını qızdırıb un əlavə edin, unun rəngi dəyişənə qədər qovurun. Üzərinə su və süd əlavə edin, qovurduğunuz ispanağı əlavə edin. Duz vurub 10 dəqiqə bişirin.
Nuş olsun!






