_Yene_Tenha_

_Yene_Tenha_ İdman 4-09-2018, 07:26

Messi Ronaldunun "Yuventus"a keçidindən danışdı

Messi Ronaldunun "Yuventus"a keçidindən danışdı


[b"Barselona"nın futbolçusu Lionel Messi Kriştiano Ronaldunun "Real"dan ayrılaraq "Yuventus"a transfer olunmağına münasibət bildirib.

O, portuqaliyalı hücumçunun Turin klubuna keçidinə təəccübləndiyini deyib: "Sözün düzü, Ronaldunun "Real"ı tərk edəcəyini gözləmirdim. Madridlilər onun gedişi ilə çox şey itirdilər. Mən onunla çox klubun maraqlandığını eşidirdim. Ancaq "Yuventus"a keçməsi ən az ehtimal edilən variant idi. Mən, həqiqətən, bu transferə təəccübləndim. Amma "Yuventus" çox yaxşı komandadır. Onlar avrokuboklarda əsas favoritlərdən olacaq".

L.Messi "Real"da Ronaldudan başqa, yaxşı futbolçuların olduğunu bildirib: "Bu klub titullar uğrunda mübarizə aparmağa davam edəcək".

Qeyd edək ki, Ronaldu bu yay "Real"dan "Yuventus"a transfer olunub.[/b]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
565 563 558 505 486 513

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.