Kənan Heydərov

Kənan Heydərov Şeirlər 5-09-2018, 16:04

♡♡♡♡♡ C♡a♡n ♡♡♡♡♡ D♡o♡s♡t♡u♡m ♡♡♡♡♡

♡♡♡♡♡ C♡a♡n ♡♡♡♡♡ D♡o♡s♡t♡u♡m ♡♡♡♡♡
♡♡♡♡♡ C♡a♡n ♡♡♡♡♡ D♡o♡s♡t♡u♡m ♡♡♡♡♡

Dost vəfalı olsa onun yolunda
Keçib şirin candan ölə bilərəm
Halalca malımı böl deyən anda
Ata malı kimi bölə bilərəm

Əgər dostu üçün tən deməksə dost
Tən ola bilməsə gen deməksə dost
Mənada ikinci mən deməksə dost
Ona ikinci mən ola bilərəm

Həmişə başını eyləyərəm dik
Qoymaram qəlbini sıxa qəriblik
İnanki başından əskik olsa tük
Gözlərim yaşarıb dola bilərəm

Hər zaman yanımda duran dostumun
Yolumda canını yoran dostumun
Ürəyimdən xəbər verən dostumun
Balasını doğma bala bilərəm


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
560 612 548 545 603 538

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.