Bu, çox vaxt olur:
•Bu, çox vaxt olur: Yolda bir insan görürsən, onu tanıyırsan, üzü tanış gəlir. Birdən, onun adını da bildiyini xatırlayırsan. Deyirsən ki, “Tam dilimin ucundadır.” Lakin heç cür sənə gəlmir. Tam dilinin ucundadırsa, niyə söyləyə bilmirsən? Bildiyini bilirsən, lakin yenə də xatırlaya bilmirsən. Və cəhd etdikcə daha da çətinləşir, çünki çox səy göstərmək səni daha gərgin edir. Və gərgin olduğun zaman, öz təbiətindən daha uzaq olursan; onsuz da orda olan şeydən daha uzaq olursan. Rahat olduğun zaman daha yaxınsan; tamamilə rahat olduğun zaman öz-özündən suyun üzünə çıxacaq.
Daha qüvvətli bir şəkildə cəhd edirsən, amma çıxmır, bu səbəblə hamısını unudursan. Sonra həmin insanın adını xatırlamağa çalışmırsan belə – birdən ortaya çıxır. Xatırlamağa çalışmırdın və çox rahatlaşmışdın. Rahatlaşdığın zaman genişsən, gərgin olduğun zaman darlaşırsan – nə qədər gərgin, o qədər dar. Səninlə, içindəki arasında olan keçid o qədər dardır ki, ondan heç bir şey keçə bilməz, sadə bir ad belə.