Ehmedzade

Ehmedzade Hekayələr 12-09-2018, 10:00

Qadin

Qadin
Qadin


Səhifələrlə yazmayacam bu gün sənə, onsuzda daha elə uzun-uzun düşünməyə halım yoxdu.Sənlə danışmağ istədiyim çox şeydə yoxdur daha.Keçən il yox ondan əvvəlki il tam qarşımda dayanmışdın, ondan 2 il keçdi və mən birdə səni görmədim.Nə yalan deyim ilk vaxtlar çox çətin oldu mənə, heç kimlə danışmadım, səndən bir kəlmə belə olsun heç kimə demədim.Danışsam daha çox düşünəcəyimi zənn etdim.Ona görə səndən yazmağıda buraxdım bir müddət sonra,amma sağaldı yaralarım.İnsan inanmır ilk vaxtlarda amma sağalır.Yoxluğuna öyrəşdim, həyat səndən sonra da bir şəkildə davam etdi.Hər gün yenidən oyanmaq üçün səbəblər tapdım özümə, həyatın hər səhər səni gözləməkdən ibarət olmadığını öyrəndim.Sənə həyatımın heç bir küncündə yer vermirəm daha, 2 il əvvəl bunları deyəcəyim ağlımın ucundan belə keçməzdi, amma indi heç olmamış kimisən, yadlaşmısan daha.Yeni tanış olduğum insablara səndən bəhs etmirəm daha, göyüzünə daha çox baxacam səndən sonra demişdim, elə edirəm.Bəzi şeyləri yenidən yaşayıram və bu şəhər bizi qarşılaşdırmadı deyə içdən içə sevinirəm.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
497 565 542 530 579 485

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.