♔Princess♔

♔Princess♔ Mətbəx 4-06-2016, 14:00

"Delis" tortu

"Delis" tortu


Tərkibi:

biskvit:

5 yumurta
200 q şəkər tozu
1 ç.q. vanilli şəkər tozu
75 q un
40 q nişasta
1 çimdik duz

şaftalı qatı:

1 iri banka şaftalı konservi (şərbətdə)
2 şaftalı jelesi
800 ml qaynar su

şokoladlı qat:

120 q tünd şokolad
500 ml 30%-li qaymaq
2 x.q. şəkər tozu
1 ç.q. jelatin
1/4 st. qaynar su

şokoladlı sous:

70 ml 30%-li qaymaq
70 q tünd şokolad

Unu ələyin. Yumurta ağlarını sarılardan ayırıb bir çimdik duzla köpüklənənədək çalın. Şəkər tozu əlavə edib parıltılı və möhkəm köpük alınanadək çalın (yəni tərsinə çevirəndə tökülməsin).

Mikserin sürətini ortaya çevirib yumurta sarılarını bir-bir əlavə edin. İri qaşıqla un və nişastanı az-az əlavə edin.
24x24 sm ölçüdə formanı yağlayıb perqament döşəyin.

Xəmiri formaya töküb əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Bişməsini çöplə yoxlayın.
Hazır biskviti sobadan çıxarıb formanı şəbəkənin üzərinə tərs çevirin. Tam soyudun.

1/3 st. şaftalı şərbətini 3 x.q. su ilə qarışdırın. Biskvitə hopdurun.

Şaftalıları şərbətdən çıxarıb doğrayın, biskvitin üzərinə düzün .

Jeleni 800 ml qaynar suyla qarışdırın. Soyuyandan sonra soyuducuya qoyun. Bir qədər qatılaşdıqdan sonra onu şaftalının üzərinə bərabər yayın.
Donması üçün tortu soyuducuya qoyun.

Şokoladı su hamamında əridin. Soyudun.

Jelatini qaynar suda əridib soyudun. Qaymağı möhkəm çalın, sonda ələnmiş şəkər pudrası, ərinmiş şokolad və jelatini əlavə edin.

Bu qarışığı jele qatının üzərinə yayıb tortu yenidən soyuducuya qoyun.

Qaymağı qızdırın, qaynara düşəndə xırdalanmış şokolad qatın, ocaqdan götürün, eynicinsli kütlə alınanadək qarışdırın. Bunu tortun üzərinə çəkin.
Bir gecə soyuducuda saxlayın.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
618 675 621 572 593 589

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.