Esmeralda

Esmeralda İslam Dini 15-09-2018, 17:28

Hamilə qadın namaz qılmaqdan azaddırmı?

Hamilə qadın namaz qılmaqdan azaddırmı?
Hamilə qadın namaz qılmaqdan azaddırmı?

Hamilə qadın namaz qılmaqdan azaddırmı? Əgər namaz əməllərini yerinə yetirmək ona çətindirsə, nə etməlidir?

Belə bir yanlış fikir formalaşıb ki, guya hamilə qadın namaz qılmaqdan azaddır. Əslində isə qətiyyən belə deyil. Namaz - demək olar ki, istisna qəbul etməyən ibadət növüdür.

Loading.az islam.az-a istinadən bildirir ki, yalnız heyzli və nifaslı (zahı) qadın namazdan azaddır. Qalan bütün insanlar - yaşından, cinsindən, sağlamlığından, şəraitindən asılı olamayaraq, gündəlik vacib namazları qılmalıdırlar. Çətinliyi olanlar üçün şəriətimizdə asanlaşdırıcı hallar nəzərdə tutulub. Məsələn, hamilə qadının səcdəyə əyilməsi çətin və zərərdirsə, səcdə zamanı qabağına stul qoyub, onun üzərindəki möhürə başını və ovuclarını qoymaqla səcdəni yerinə yetirə bilər. Əgər ümumiyyətlə, ayaq üstə namaz qılmaq ona çətindirsə, oturmuş halda bunu edə bilər. Ağır hallarda oturmuş halda namaz qıla bilməsə, uzanmış vəziyyətdə də olsa namaz qılmalıdır. Bu cür yüngülləşdirici halların xırdalıqları risalələrdə geniş izah edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
795 770 717 681 770 654

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.