CLoseYourEyeS

CLoseYourEyeS Mətbəx 21-09-2018, 10:25

Cəmi 10 dəqiqəyə hazırlanan tort - RESEPTİ

Cəmi 10 dəqiqəyə hazırlanan tort - RESEPTİ


Hazırlanması asan, dadı ləzzətli, bişirilməyə ehtiyac olmayan tort hazırlamaq istəyirsiniz?

Şaftalı tortunun hazırlanma qaydasını təqdim edirik.
Tərkibi:

400 ml (2 qutu) qaymaq

200 q qaymaq pendiri

5 yemək qaşığı şəkər tozu

1 paket vanil

1 paket qovrulmuş peçenye

2 ədəd şaftalı

Hazırlanması:

Şaftalıların qabığını soyub incə-incə dilimləyin. Dərin qaba öncə qaymağı tökün, mikserlə çalın. Üzərinə qaymaqlı pendir, şəkər tozu, vanil əlavə edib qarışdırmağa davam edin. Şəkər tozu tamamilə həll olunmalıdır. Daha sonra yarım saat soyuducuda saxlayıb, tortu hazırlamağa başlaya bilərsiniz.

Tortu hazırlayacağınız qaba öncə peçenyeləri düzün. Üzərindən bir qat qaymaq çəkin. Dilimdəyiniz şaftalıları da düzüb bir qat daha peçenye yerləşdirin. Daha sonra yenə qaymaq çəkib eyni cür prosesi təkrarlayın. 2 saat soyuducuda saxlayıb servis edə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
553 640 516 521 574 579

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.