♔Princess♔

♔Princess♔ Mətbəx 6-06-2016, 08:30

"Yaş" mannı piroqu

"Yaş" mannı piroqu



Tərkibi (6-8 pay):

1 fincan mannı yarması
1 fincan qatıq
1 fincan şəkər tozu
1 fincan un
2 yumurta
50 q kərə yağı
1 ç.q. qabartma tozu
1 çimdik duz
1-1,5 fincan süd

* 1 fincan = 240 ml

Dərin qabda şəkər tozu və mannını qarışdırın. Qatıq, yumurta, duz qatıb qarışdırın. Kərə yağını əridib kütləni qarışdıraraq əlavə edin. Qabartma tozu ilə qatışdırılımış un əlavə edib eynicinsli kütlə alınanadək qarışdırın. Xəmir qatı alınacaq.

Sobanı 180 dərəcə qızdırın.

Formanın içini kərə yağı ilə yağlayın. Xəmiri içinə töküb üzərini hamarlayın. Sobada 50 dəqiqə - 1 saat bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.

Sobadan çıxarıb isti-isti üzərinə süd gəzdirin. O, südü 1 dəqiqə ərzində hopduracaq və yupyumşaq olacaq.

Soyudun. Sonra formadan çıxarın.

Süfrəyə həmçinin bal və giləmeyvə mürəbbəsi ilə birlikdə də verə bilərsiniz.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
667 655 679 541 612 645

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.