♔Princess♔

♔Princess♔ Mətbəx 9-06-2016, 13:30

Qabaqla toyuq kotletləri

Qabaqla toyuq kotletləri


Tərkibi (4 pay):

600-700 q toyuq filesi
1 balaca qabaq
1 orta boy soğan
1 diş sarımsaq
2 dilim çörək
azca süd
duz
istiot
narın suxarı

Çörəyin içini çıxarıb süddə isladın.

Qabağı soyub dənələrini təmizləyin. Sürtgəcin xırda gözündən keçirin.

Soğanla sarımsağı xırda doğrayın. İsladılmış çörək içi, qabaq və toyuq qiyməsi ilə qarışdırın. Duz-istiot vurun.

Kotlet tutub narın suxarıya batırın, bitki yağında qızardın.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
563 721 606 546 568 609

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.