Ehmedzade

Ehmedzade Qadın Dünyası 23-09-2018, 14:45

Yağlı dəridən necə xilas olmalı?

Yağlı dəridən necə xilas olmalı?



Yağlı dərilərin əsas problemi parıltıdır. Dərinizdəki parlaqlıqdan xilas olmaq üçün aşağıdakı üsulları yoxlayın.

1. Tez-tez yuyun

Üzünüzü gün ərzində tez-tez yuyun, çirk yığılması məsamələri bağladığı üçün sızanaq yaranmasına səbəb olur. Yağlı dərilərə uyğun məhsul seçin və üzünüzü yuduqda istifadə edin.

2. Su için

Hər gün kifayət qədər su için, ən azı 8-10 fincan arası su içmək məsləhət görülür. Pəhrizinizə bol miqdarda meyvə və tərəvəz əlavə edin.

3. Evdə palçıq maskası istifadə edin

Palçıq maskası yağlı dərilər üçün olduqca faydalıdır. Palçıq maskası ilə gül suyu istifadə edin.

4. Peeling edin

Həftədə iki dəfə peeling edin. Məsamələri təmizləyir və sızanaq yaranmasının qarşısını alır. Peelingi incə masajla edin və su ilə durulayın.

5. Təmizləyin

Üzünüzü təmizləyərkən yaxşıca köpüklü təmizləyicidən istifadə edin.

6. Nəmləndirici istifadə edin

Yağlı dərilərin də nəmə ehtiyacı var. Buna görə yağlılıq hissi yaratmayan məhsul seçin. Əgər istifadə etdiyiniz nəmləndirici yağlıdırsa, bir neçə damla gül suyu əlavə edin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
584 597 500 538 583 583

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.