Esmeralda

Esmeralda Sevgi / Maraqlı 25-09-2018, 10:05

Eşq haqqında 15 gerçək

Eşq haqqında 15 gerçək


Araşdırmalar nəticəsində məlum olub ki, eşq haqqında bir çox əyləncəli faktlar var.

Loading.az xarici KİV-ə istinadən həmin 15 həqiqəti sizlərə təqdim edir:

1. Gözəl üz ilk baxışda aşiq olmanın ən əsas səbəbidir.

2. Aşiq olan cütlüklərin qəlbləri 3 dəqiqə boyunca bir-birlərinə baxdıqdan sonra eyni ritmlə döyünməyə başlayır.

3. Sevdiyinizi qucaqlamaq ağrılarınıza dərmanlardan daha yaxşı təsir göstərir.

4. Yazışmalar əsnasında istifadə etdiyiniz qəlb emojisi əslində iki ürəyin yan-yana gələrkən aldığı formadır.

5. Aşiq insanlar daha enerjili olsalar da, digər insanlara nisbətən daha tez yorulurlar.

6. Birinə aşiq olan insanlar ən yaxın hansısa dostundan uzaqlaşır.

7. Romantik eşq biokimyəvi olaraq çox ciddi obsesif-kompulsiv duyğu pozuqluğundan fərqlənmir.

8. Filofobiya aşiq olmaqdan qorxma xəstəliyidir.

9. Araşdırmalara görə insanların çoxu alış-veriş mərkəzlərində və supermarketlərdə aşiq olur.

10. Sevgili tapmaq üçün yaradılan match.com saytının yaradıcısının sevdiyi qadın həmin saytda tanış olduğu başqa bir şəxslə evlənib.

11. Elçilik yolu ilə qız istəmədən eşq evliliklərinə 18-ci əsrdə keçilib.

12. Əvvəllər Yunanıstanda birinə aşiq olduğunu ona alma ataraq bildimək mümkün idi.

13. Sosial şəbəkələrdə tanış olan cütlüklərdən 23 faizinin münasibəti evliliklə nəticələnir.

14. Dünyada hər gün 3 milyon insan sevgi münasibəti qurmaq üçün ilk dəfə biri ilə görüşür.

15. Kişilərin əksəriyyəti qadınlardan daha çox “səni sevirəm” deyir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
471 587 516 551 491 466

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.