"Real"da ciddi itki: 1 ay oynamayacaq
"Real"ın heyətində ciddi itki baş verib.
Loading.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu İsko əməliyyat olub. Apendisit əməliyyatı keçirən 26 yaşlı yarımmüdafiəçi 1 ay yaşıl meydanlardan uzaq qalacaq. O, 28 oktyabr tarixində "Barselona" ilə oyunu da buraxa bilər.
Qeyd edək ki, isko 2013-cü ildən "Real"da çıxış edir. O, "kral klubu"nun heyətində meydana çıxdığı 162 oyunda 32 qol vurub.






